Sosial
18.10.2018 / 15:05

Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib

Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib
Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.


İnform.az

Baxış sayı: 69