Hüquq
18.10.2018 / 12:45

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb.

Daxil olmuş müraciətlər əsasında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 54