Sosial
18.10.2018 / 09:45

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq
Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


İnform.az

Baxış sayı: 168