Maraqlı
18.10.2018 / 14:00

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Böyük İskəndər

Dövrünün ən güclü hakimiyyət orqanı olan Fars İmperatorluğunu dağıdan və üç qitədə gücü olan komandirdir. Təhlükəli əsgərləri və uğurlu strategiyaları ilə Yunan şəhərlərini birləşdirib Makedoniyaya hökmranlıq edib, daha sonra Anadoludan Hindistana qədər torpaqları əsarəti altına alıb. Böyük İskəndəri “böyük” edən isə iyirmi yaşında hökmdar olması və bütün müvəffəqiyyətlərini 10 ilə sığdırması olub.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Xalid bin Vəlid

Uhud müharibəsində öz taktikası ilə döyüşün gedişatını tamamilə dəyişdirib və məkkəlilərə böyük fayda verib. Dinini dəyişəndən sonra Məkkənin fəthində vəzifələndirilib və beləliklə, İslam dünyasında simvola çevrilib. Sonrakı illərdə isə Mesopotomiyanı nəzarəti altına alıb.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Subutay

Çingiz xanın ən əhəmiyyətli sərkərdələrindən biri olan Subutay eyni vaxtda bir neçə müharibəni idarə etməsi və qalib olması ilə məşhurluq qazanıb.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Səlahəddin Əyyubi

Hett müharibəsində tətbiq etdiyi taktika ilə demək olar ki, heç bir itki vermədən zəfər qazanıb və Qüds Krallığını çox qısa müddətdə fəth edib. Müvəffəqiyyətlərinin nəticəsi olaraq yeni bir səlib yürüşü hazırlayıb, lakin üç kralın da olduğu bu cəhd uğursuzluqla nəticələnib.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Corc Vaşinqton

Əvvəlcə fransızlara qalib gələn, daha sonra İngiltərəyə qarşı Amerikanın Müstəqillik Müharibəsinin idarə komandiri olub. Daxili müharibədə önəmli vəzifəsi olub, lakin döyüşün miqyası böyüdükcə öhdəlikləri də artıb. Günümüzün ən güclü ölkələrindən biri olan ABŞ-ın müstəqilliyini təmin edib.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Fatih Sultan Mehmet

İkinci dəfə taxta çıxandan sonra, bir dövrə son qoyub yenisinin yaranmasına səbəb olan, İstanbulun fəthini reallaşdıran sərkərdədir.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Çingiz Xan (Timuçin)

Əsl adı Timuçin olan bu sərkərdə monqolları, uyğurları, tatarları və digər bütün qəbilələri birləşdirib. Qazandığı uğurlara görə ona Çingiz deyilib. Pekini mühasirəyə alıb, Çini suverenliyi altına salıb və Avropaya qədər uzanan bir imperiya qurub.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Attila

Həm qəhrəman, həm də barbar olaraq tanıdığımız sərkərdələrdən biri olan Avropa Hunlarının hökmdarı Attila.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Alp Arslan
Bizansın əlindən Qars və ətrafını alan Alp Arslanı məşhur edən Malazgird döyüşü olub. Oxun gücünün, ağır zirehlərin isə mənfi təsirlərinin bir dəfə daha ortaya çıxarıldığı döyüşün ən böyük xüsusiyyəti “Turan taktikası”nın müvəffəqiyyətlə tətbiq olunaraq sayca üstün olan ordulara qarşı zəfər qazanılmasıdır.


Tarixin gedişatını dəyişən 15 sərkərdə

Napoleon Bonapart

Şimali İtaliyanı ələ keçirib Vyanaya doğru gedib, Malta və Misirin əhəmiyyətli hissələrini ələ keçirib, lakin Suriya səfərində Osmanlı Cezzar Əhməd Paşaya məğlub olub.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Yuli Sezar

Bir çox kino, tamaşa və digər mədəniyyət sahələrinin əsas obrazlarından biri olan Sezar Romanı imperatorluğa çevirən sərkərdədir. Qazanılması qeyri-mümkün görünən bir çox döyüşü zəfərlə bitirib.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Atatürk

Əsgərlik həyatına Şamda başlayan və ilk olaraq buradakı qiyamlar nəticəsində partizan tipli döyüşlərdə təcrübə qazanan Mustafa Kamalın sonralar Balkan döyüşlərində də böyük rolu olub. II Dünya Müharibəsində Çanaqqalada göstərdiyi üstün müvəffəqiyyət Qafqaz və Fələstin cəbhələrinin əsgərləri üçün də əhəmiyyətli olub.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Maykl Kollins

İrlandiyanın Müstəqillik Müharibəsinin qəhrəmanıdır. Müharibədə ölən əsgər və vətəndaş sayı eyni dövrdəki döyüşlərlə müqayisədə olduqca aşağı görünsə də, geosiyasi xəritəyə nəzər salanda İrlandiyanın Maykl Kollins liderliyi ilə idarə olunan partizan döyüşü diqqətə layiq sayılmalıdır.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Hannibal

İkinci Pun Döyüşü başda olmaqla öz strategiyaları ilə şöhrət qazanmış komandirdir. Həmçinin öz dövrünün ən böyük ordularından birinə sahib olub.

Tarixin gedişatını dəyişən 15 sərkərdə

Duayt D. Eyzenhauer

II Dünya Müharibəsinə yeni bir uğur gətirən amerikalı komandirdir. ABŞ tarixində ən böyük rolu 1944 və 1945-ci illərdə üzərinə götürdüyü vəzifəni yerinə yetirməsidir.

Mətn:kayzen.az
Foto:inform.az

Baxış sayı: 112