Elm-təhsil
17.10.2018 / 17:40

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib- FOTO

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb.

O, şura üzvlərini 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin 03 oktyabr 2018-ci il tarixli 14/2 saylı qərarı ilə tanış edib.

Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Vüsalə Qasımovanın dissertasiya mövzusunun qismən dəyişməsi məsələsinə baxılıb. Açıq səsvermə yolu ilə dissertasiya mövzusunun dəyişdirilməsi qərara alınıb.

İclasda “Maye və qaz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahova 2002.01-Deformasiya olunan bərk cisim mexanikası və 2003.01-Maye, qaz və plazma mexanikası ixtisasları üzrə dosent elmi adın verilməsi verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

Sonda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun Rusiyanın Ufa şəhərində Başqırdıstan Dövlət Pedaqoji Universitetinin professoru, f.-r.e.d. Y.T. Sultanayevin 70 illik yubileyinə həsr olunmuş "Spektral nəzəriyyə və qarışıq məsələlər" beynəlxalq elmi konfransda iştirakı ilə bağlı hesabatı dinlənilib.

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-


Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-


Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-



İnform.az

Baxış sayı: 51