Din
17.10.2018 / 19:20

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib- Yardımlıda(Foto)

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclərin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan RİH başçısının müavini Əfsanə Məmmədova bildirib ki, dövlətimiz tərəfindən milli-mənəvi, o cümlədən dini dəyərlərə qayğı göstərilir. Vurğulayıb ki, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.

Seminar-treninqdə dövlət-din münasibətləri barədə danışan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir.

Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Bu baxımdan dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin borcu və müstəsna hüququdur.

Çıxışında dini maarifləndirmə tədbirlərinin önəminə də toxunan Gündüz İsmayılov bildirib ki, dinlərin tolerantlıq, dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin gücləndirilməsinə böyük ehtiyac var. Çünki insanların əksəriyyətinin nəinki başqa dinlərdən, hətta öz etiqadının mahiyyətindən və bəzi prinsiplərindən xəbəri yoxdur. Sədr müavininin sözlərinə görə, belə vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədləri üçün istifadə etmə imkanları daha geniş olur.

Yardımlı Rayon Təhsil şöbəsinin müdir müavini Məhluqə Niyazova dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda, şagirdlərin dini dünyagörüşünün formalaşmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.

Seminar-treninq müzakirələrlə davam edib.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-



İnform.az

Baxış sayı: 50