Elm-təhsil
17.10.2018 / 17:20

Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub- Naxçıvanda(Foto)

Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub-
AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident cənab İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında”6 iyul 2018-ci il tarixli Sərəncamını xatırladıb.

Qeyd edib ki, sözügedən Sərəncamda dünya şöhrətli alimin elmi fəaliyyəti geniş işıqlandırılıb.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, “Akademik Azad Mirzəcanzadə və Azərbaycanda yüksək ixtisaslı elmi kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri bildirib ki,alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb.Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlısanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb.

İsmayıl Hacıyevgörkəmli alimin500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifi olduğunu diqqətə çatdırıb.Vurğulayıb ki, Azad Mirzəcanzadənin rəhbərliyi altında300-dən çox elmlər namizədi, 120-i elmlər doktoru hazırlanıbvə bu gün onun yetirmələriAzərbaycanla yanaşı Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, dünya şöhrətli alimmüxtəlif illərdəRusiya Təbii Elmlər Akademiyası,Başqırdıstan Elmlər Akademiyası, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü seçilib, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, o cümlədən üç dəfə akademik İ.M.Qubkin adına mükafat laureatı olub, P. Kapitsa adına medala, Vyetnam Respublikasının “Vyetnamın Qəhrəmanı” qızıl ulduzuna, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” ordeninə layiq görülüb.

Daha sonra Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüƏliəddin Abbasovun “Akademik Azad Mirzəcanzadənin həyat yolu və elmi fəaliyyəti” və Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun“Akademik Azad Mirzəcanzadənin dünya şöhrəti” mövzusunda məruzələri dinlənilib.

Sonda məruzə ətrafında AMEA-nın müxbir üzvləriƏbülfəz Quliyev və Fəxrəddin Səfərli çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.Qeyd olunub ki,Prezident cənab İlham Əliyevin 2007-ci ilin iyulun 4-də “Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” və alimin yubileyi ilə bağlı imzaladığı sərəncamlar Azərbaycan elmində xüsusi xidməti olmuş Azad Mirzəcanzadənin əməyinə verilmiş yüksək qiymət və qayğının təzahürüdür.

Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub-



İnform.az

Baxış sayı: 42