Elm-təhsil
17.10.2018 / 18:20

Xorvatiyalı alim "Sahilyanı sular" mövzusunda məruzə edib- FOTO

Xorvatiyalı alim "Sahilyanı sular" mövzusunda məruzə edib-
AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında Xorvatiyanın Okeanologiya və balıqçılıq İnstitutunun Okeanın kimyası və çöküntüləri üzrə laboratoriya müdiri, PhD Qrozdan Kuspiliç “Xəzərin Azərbaycan sahillərində sahilyanı və keçid sularının ayrılması” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə,Məruzəçi Avropa İttifaqının Su Təşəbbüsü, Layihəsi çərçivəsində həyata keçirilən “Sahilyanı və keçid sularının ayrılması” pilot işi barəsində məlumat verib, bildirib ki, bu layihə Azərbaycanla birgə altı keçmiş sovet respublikasını əhatə edir. Azərbaycanda Layihənin tərəfdaş benefisiar qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Qrozdan Kuspiliç məruzəsində Layihədə nəzərdə tutulmuş su laboratoriyalarının vəziyyətinin yaxşılaşdırılması, onların İSO standartlarına uyğun fəaliyyətlərinin davam etdirilməsi, Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanması və bu sahədə potensialın artırılması və s., eləcə də sahilyanı suların ayrılması, onların vəziyyətinin öyrənilməsi və yaxşılaşdırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsi və s. məsələlərə aydınlıq gətirib.

Xorvatiyalı alim "Sahilyanı sular" mövzusunda məruzə edib-


İnform.az

Baxış sayı: 50