Hüquq
17.10.2018 / 12:05

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 49