Sosial
17.10.2018 / 12:00

Axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir

Axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.


İnform.az

Baxış sayı: 45