Hüquq
17.10.2018 / 11:50

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 60