Hüquq
17.10.2018 / 11:35

Dələduzluqdan "ləzzət" alanlar polisə yaxalandılar

Dələduzluqdan "ləzzət" alanlar polisə yaxalandılar
Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər cari ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib.

C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


İnform.az



Baxış sayı: 58