Hərbi
17.10.2018 / 11:20

Hərbi Dəniz Qüvvələrində “Konflikt jurnalistikası məktəbi”nin auditoriya təlimi keçirilib

Bu günlərdə Hərbi Dəniz Qüvvələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihəsinin növbəti auditoriya təlimi keçirilib.

İnform.az "Azərbaycan Ordusu" qəzetinə istinadən bildirir ki, tədbir iştirakçılarına mütəxəssislər tərəfindən Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi, hərbi gəmilərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, suüstü və sualtı müşahidə sistemləri, dəniz təhlükəsizliyi və cavabdehlik zonası, döyüş gəmiləri haqqında məlumat verildi. Həmçinin konflikt şəraitində yazan jurnalistlər Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi haqqında da məlumat alıblar.

Bu məntəqənin Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirdiyi bildirilib.

Suüstü şərait haqqında operativ məlumatların Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınaraq, real vaxt rejimində monitorlarda əks olunduğu haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sosial-məişət şəraiti ilə yaxından tanış oldular. Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.


İnform.az

Baxış sayı: 57