Dünya
17.10.2018 / 10:20

"Paşinyanın istefası ilə yeni dövr başladı..."- Köçəryan

"Paşinyanın istefası ilə yeni dövr başladı..."-
"Növbədənkənar parlament seçkisi Ermənistanda siyasi monopoliyanın yaradılmasına yardım edəcək."

İnform.az axar.az -ın xəbərinə istinadən bildirir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Taktiki planda bu, başadüşülən davranışdır. O, populyarlığının pikdə olduğu vədədə uğura çatmaq istəyir. Strateji mənada isə mən problemlər görürəm. Yeni siyasi monopoliyanın formalaşdırılması dövlətin maraqları baxımından doğru deyil”, – deyə o bildirib.

O, Paşinyanın istefası ilə Ermənistanda yeni siyasi dövrün başladığını söyləyib.


İnform.az

Baxış sayı: 102