Hüquq
17.10.2018 / 10:05

Qoyun oğrusu yaxalandı Hacıqabulda

Qoyun oğrusu yaxalandı
Cari il oktyabrın 14-də Hacıqabul rayon sakini Rafail Rzayev RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evin bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İnform.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Dindirilmə zamanı V.Qasımov törətdiyi cinayət əməlini etiraf edib.

Oğurladığı qoyunlar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


İnform.az

Baxış sayı: 69