Diaspora Akademiyası
15.10.2018 / 18:06

Azərbaycan diasporunun fəalları və ziyalıların iştirakı ilə müzakirələr aparılıb- Ukraynada(Foto)

Azərbaycan diasporunun fəalları və ziyalıların iştirakı ilə müzakirələr aparılıb-
Oktyabrın 15-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, ziyalıların iştirakı ilə “dəyirmi masa” keçirilib.

İnform.az-ın xəbərinə görə, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ukraynada Azərbaycan diasporunun yeni miqyasda təşkilatlanmasının, dünyanın yeni çağırışlarına cavab verən fəaliyyətin vacibliyi vurğulanıb.

Ukrayna cəmiyyətinə inteqrasiyanın vacibliyini vurğulayan səfir A.Xudiyev bildirib ki, Azərbaycan diasporu daha effektli, kreativ fəaliyyəti ilə fəaliyyətini gücləndirməlidir.

Səfir qeyd edib ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır:

"Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəfəqqiyyətlə həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Ukraynada yaşayan azərbaycanlılar cənab Prezidentin qarşımıza qoyduğu tələblərdən maksimum istifadə etməlidir”.

Tədbirdə iştirak edən diaspor fəalları, ziyalıları çıxışlarında azərbaycançılıq ideyası ətrafında sıx birləşməyin, ümummilli məsələlərdə daha effektiv təsirli imkanlardan istifadə edilməsinin önəmli olduğunu qeyd ediblər.

Bildirilib ki, bu gün dünyada diaspor təşkilatlarının vahid ideya ətrafında birləşməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu gün səfirin iştirakı ilə diaspor təşkilatlarının bir araya gətirilərək aktual mövzuların müzakirə edilməsi birgə fəaliyyətin bariz nümunəsidir.

Azərbaycan diasporunun fəalları və ziyalıların iştirakı ilə müzakirələr aparılıb-



İnform.az

Baxış sayı: 82