Baş xəbər, Sosial
15.10.2018 / 15:05

Prezident İlham Əliyevin Astara rayonuna səfəri başlayıb

Prezident İlham Əliyevin Astara rayonuna səfəri başlayıb
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə edib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.


İnform.az

Baxış sayı: 56