İdman
12.10.2018 / 16:27

Məşhur futbolçu "Monako"nun baş məşqçisi təyin oluna bilər

Məşhur futbolçu "Monako"nun baş məşqçisi təyin oluna bilər
Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri "Monako"nun baş məşqçisi təyin oluna bilər.

İnform.az Report-a istinadən xəbər verir ki, hazırda Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi olan Anri oktyabrın 13-də öz postunu tərk edəcək. Onun oktyabrın 15-də "Monako"nun baş məşqçisi təyin olunacağı iddia olunur.

Qeyd edək ki, "Monako" baş məşqçisi Leonardu Jardim ilə yollarını ayırıb. Komanda bu mövsüm Fransa çempionatında keçirdiyi 9 oyundan 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.


İnform.az

Baxış sayı: 23