Elm-təhsil
12.10.2018 / 15:24

GDU 18-ci Türk tarix Kongresində təmsil olunub- FOTO

GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-
Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində 18-ci Türk Tarix Konqresi keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycandan 60 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi konqresdə Gəncə Dövlət Universitetini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Yusifli təmsil edib.

Alim Afaq Yusiflinin “Ədəbi obraz və tarixi gerçəklik” mövzusundakı araşdırma xarakterli elmi məruzəsi konqres iştirakçıları tərəfindən maraqla dinlənilib.

Afaq Yusifli bu məqaləsində böyük ədib, filosof və ədbiyyat tənqidçisi, 20-ci əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuş Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuş Əli bəy Hüseynzadənin həyatı və çoxşaxəli yaradıcılığı haqqında konqres iştirakçılarına geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərncamı ilə “2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyi haqqında konqres iştirakçılarına məlumat verən alim bildirib ki, bütün türk dünyasında, xüsusən ölkəmizdə tarixi və milli köklərə qayıdış, Avropa dəyərlərinə hörmət, həmçinin İslami dəyərlərin təbliği kimi üçlü modelin milli məfkurənin formalaşmasında və bu ideyaların Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Əli bəy Hüseynzadənin böyük xidmətləri olub.

İyirmi iki fərqli məkanda 164 bölmə iclasının keçirildiyi konqresdə tarix, ədəbiyyat, fəlsəfə, iqtisadiyyat üzrə 750-dən çox məruzə dinlənilib, maraqlı emi müzakirələr aparılıb.

Qeyd edək ki, Türk Dünyasının ən mötəbər qurumu olan Atatürk Yüksək Dil və Tarix Qurumu tərəfindən 1932-ci etibarən hər 4 ildən bir keçirilən bu Konqres çərçivəsində “Xəritələrlə tarixə yolculuq”, “Ermənilər tərəfindən yapılan katliamlar” adlı fotosərgilər təşkil edilib.

GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-


GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-


GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-


GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-


GDU 18-ci Türk tarix Kongresində təmsil olunub-



İnform.az

Baxış sayı: 39