Elm-təhsil
12.10.2018 / 12:23

ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib- FOTO

ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib-
Oktyabr ayının birinci ongünlüyündə Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü”mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Bünyamin Qəmbərlinin“Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki mədəniyyət” və Türkiyəli prof. dr. Nəcati Dəmirin “Oğuzlar” mövzusuna həsr etdiyi çıxışa açıqlaması konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsindəöz işini uğurla başa vuran “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü”mövzusundakı elmi konfransın gündəliyinə Türkiyə Respublikasından 70, Azərbaycandan6, Qırğızıstan, Qazaxıstan, Yunanıstan və digər ölkələrdən 30 məqalə daxil edilib.

Konfrans materiallarının həm elektron,həm də kitab şəklində çap olunub geniş ictimaiyyətə çatdırılması qərara alınıb.

ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib-


ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib-


ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib-



İnform.az

Baxış sayı: 44