Baş xəbər, Dünya, Qarabağ
12.10.2018 / 12:10

Erməni əsgər valideynləri aksiyaya başladılar- Qarabağ və Üçmüədzindən dəstək gəlir(Video-foto)

Erməni əsgər valideynləri aksiyaya başladılar-
Qarabağda ölən erməni hərbi qulluqçunun yaxınları hərtərəfli araşdırma tələb edirlər.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, işğal altında olan Qarabağın Xocavənd rayonu ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində ölən erməni əsgəri Qevork Haroyanın yaxınları etiraz aksiyası keçiriblər.

Onlar Gümrü şəhərindəki kilsələrdən biri qarşısında toplaşaraq, etiraz aksiyası təşkil ediblər. Üçmüədzin və Qarabağdan da etirazçı valideynlərin aksiyaya qoşulacağı gözlənilir.

Ölən əsgərin dayısı tərəfindən mətbuata verilən açıqlamaya görə, meyitin üzərində olan göyərmələr və digər izlər intihar yox, işgəncələrdən xəbər verir. Dayısı Qarabağda yerləşən hərbi hissədə baş verən özbaşınalığa baxmayaraq, hərbi hissə komandiri olan Qeğamyanin vəzifəsinin artırılmasına görə də hərbi birləşmə komandiri Levon Mnatsakanyana etiraz edib, erməni ordusunda hökm sürən özbaşınalığa görə müdafiə nazirinin istefasını tələb etdiklərini vurğulayıb. O, ordudakı özbaşınalığa qarşı, yalnız general Manvel Qriqoryanın tuşonka oğurluğunda ittiham edilərək həbs olunması ilə yekunlaşan korrupsiya və özbaşınalığa görə Paşinyanı da fəaliyyətsizlikdə ittiham edib. O, edilən müraciətlərin cavabsız qaldığını, erməni əsgərləri hesabına generalların əyləncəli həyat sürməsinin davam etdiyini bildirib.

Bundan başqa 1 gün əvvəl hərbi hissədə olan əsgərin anası da işgəncə izlərini görsə də, övladının qorxudan heç nə demədiyini, komandanlığa müarciət etməyə imkan vermədiyini və xüsusi ayrılmış jurnalda hərbi hissə barədə yaxşı sözlər yazmağa məcbur olduğunu qeyd edib. Ölən əsgərin qohumları araşdırmanın hərtərəfli və ədalətli aparılması üçün sonadək mübarizə aparacaqlarını, günahkarların aşkarlanması və cəzalandırılmasına tam nail olanadək etiraz aksiyalarını davam etdirəcəklərini qeyd ediblər.

Xatırladaq ki, oktyabrın 2-də istintaq komitəsinin yaydığı rəsmi məlumata əsasən, 1 oktyabr 2018-ci il saat 10:50 radələrində Qarabağın Xocavənd rayonu ərazisində dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində əsgər Qevork Haroyan bölüyün silah otağında silahla özünə qəsd edib. Hospitala təxliyyə edilən əsgər saat 15:05-də bioloji ölüm keçirib. Hadisə ilə əlaqədar 1-ci qarnizon istintaq şöbəsində cinayət işi açılıb.

Ölən hərbi qulluqçunun valideynləri rəsmi ittihamla razılaşmayaraq, iddia edirlər ki, hərbi qulluqçu əvvəlcə vəhşicəsinə döyülüb, daha sonra öldürülüb. Ölən hərbi qulluqçunun rəsmi ittihamı ilə razılaşmayan yaxınları öz iddia və sübutlarını mətbuata açıqlayıblar.

Qarabağda ölən hərbi qulluqçunun yaxınları hadisənin hərtərəfli araşdırılmasını tələb edirlər. Aksiyadan sonra istintaq şöbəsinin hərtərəfli araşdırması nəticəsində məlum olub ki, ölən hərbi qulluqçu Qevork Haroyan kiçik çavuş tərəfindən zorakılığa məruz qalıb. Əldə edilmiş dəlillər əsasında kiçik çavuşa qarşı cinayət işi açılaraq həbs edilib.

Bundan başqa vəzifə səlahiyyətlərindən kifayət qədər istifadə etməməklə səhlənkarlığa yol verən, həmçinin ölən hərbi qulluqçu Qevork Haroyanı təhqir etməsinə görə kapitan rütbəli bölük komandiri də həbs edilib.

Cinayət işi üzrə araşdırma davam edir.



Erməni əsgər valideynləri aksiyaya başladılar-


Erməni əsgər valideynləri aksiyaya başladılar-



İnform.az

Baxış sayı: 132