Hüquq
12.10.2018 / 10:50

Şorun içinə psixotrop maddə yerləşdirib, təcridxanaya keçirmək istədi, amma...

Şorun içinə psixotrop maddə yerləşdirib, təcridxanaya keçirmək istədi, amma...Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Həsənov Salman Yaşar oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman plastik qabın içərisində olan şora əzilərək qatılmış 5,314 qram “Tramadol” dərman preparatı aşkar olunub.

Faktla əlaqədar araşdırma aparılır.


İnform.az

Baxış sayı: 200