Elm-təhsil
12.10.2018 / 10:00

Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib- FOTO

Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib-
Oktyabrın 10-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib.

İnstitutun qadın əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Qadınlar şurasının sədri b.ü.f.d. Qasımova Fazilə açaraq Beynəlxalq Qızlar Gününün təsis olunması tarixi haqqında məlumat verib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, F.Qasımova qeyd edib ki, sabah 'Beynəlxalq Qızlar Günü' dür. BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, onların zərif cinsin nümayəndələri kimi bilavasitə üzləşdikləri sosial problemlərə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına yönəltməkdir.

Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

BMT-nin baş katibi Pan Gi Mun 2013-cü il 11 oktyabr- Beynəlxalq Qızlar Günündə müraciət qəbul etmişdir. Müraciətdə qeyd edilib ki, qız uşaqlarına səlahiyyət verilməsi, onların hüquqlarının təmin olunması, qızların layiq olduqları təhsil imkanlarının yaradılması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir.

Sonra tədbirdə institutun qadınlar şurasının sədr müavini b.ü.f.d. Səadət Xudaverdiyeva çıxış edərək 2012-ci ildən 2018-ci ilə kimi Beynəlxalq Qızlar Günündə qaldırılan problemləri ətraflı şərh etdi.

İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Qurbanova Ulduzə qeyd etdi ki, bütün işlərin ağırlığı qadınların üzərinə düşür. İndiki qızlar gələcəyin anasıdır. Sağlam ana həm dünyagörüşlü ailə, həm də təhsilli cəmiyyət deməkdir.

Sonra institutun gənc əməkdaşı Bioadaptasiya laboratoriyasının böyük laborantı Gülnar Abdullayeva Ümummilli liderimiz Heydər Əliyevin təhsil haqqında dediyi “Təhsil millətin gələcəyidir” kəlamını yada salıb.

O qeyd etdi ki, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin 1901-ci ildə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılması təsadüfi deyildir.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bugün də prezidentimiz tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda F. Qasımova bütün qızları bayram münasibətilə təbrik edərək onlara sağlamlıq və işlərində müvəffəqiyyətlər arzulayıb.

Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib-


Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib-


Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib-


Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirilib-



İnform.az


Baxış sayı: 24