Diaspora Akademiyası
12.10.2018 / 08:00

Seymur Nəsirov Misir-Azərbaycan Dostluq komissiyasının sədri ilə görüşüb

Seymur Nəsirov Misir-Azərbaycan Dostluq komissiyasının sədri ilə görüşüb
"Vətənpərvər” - Azərbaycanın Misirdə DiasporTəşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov, Misir Parlamentinin Din və Vəqflər komitəsinin sədri, həmçinin Misir-Azərbaycan Dostluq komissiyasının sədri Cənab Usəmə əl-Əbdlə görüşüb.

Birlikdən İnform.az-a verilən məlumata görə, Diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.

Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

Cənab Usəmə əl-Əbdsentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib.

Xüsusən, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə,Milli Məclis Sədrinin birinci müaviniZiyafət Əskərov və Azərbaycan Misir parlamentlər arası dostluq qrupunun sədri Gövhər xanım Baxşəliyeva ilə keçirdiyi görüşlərin əhəmiyyətindən geniş söhbət açıb.

Bu cür görüşlərin xalqlarımız arasında dostluq əlaqələrini daha da inkişaf etdirdiyini bildirmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gündən günə inkişaf etdiyinin şahidi olduğunu da qeyd etmişdir.

O, 2017– ci ilin dekabr ayında Cənab Prezident İlham Əliyevlə görüşündən də geniş söhbət açmışdır. Cənab əl-Əbd bundan sonra Misirə Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün əzmlə çalışacağınıda qeyd edib.

Azərbaycan xalqının çox qonaqpərvər olduğunu bildirən komitə sədri, 25-26 oktiyabr tarixində, Bakıda keçiriləcək "Beynəlxalq Humanitar Forumda iştirak edəcəyini də vurğulayıb.

S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən, Xocalı da törədilən soyqırımından geniş söhbət açmışdır. Xocalı soyqırımının dünyanın bir çox ölkələrindəqəbul olduğunu diqqətə çatdırıb.


İnform.az

Baxış sayı: 48