Elm-təhsil
11.10.2018 / 18:00

AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib- FOTO

 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-
“Uşaqların gələcəyinə sərmayə” devizi altında Bakı Ekspo Mərkəzində12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“Education 2018”) keçirilib.

Ölkəmizin aparıcı universitetləri, eləcə də orta təhsil, ilk peşə-ixtisas təhsil müəssisələri, ixtisaslaşma mərkəzlərinin iştirak etdiyi sərgiyə eyni zamanda dünyanın 12 ölkəsindən 135 iştirakçı da qatılıb.

Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) geniş pavilyonda təmsil olunub.İştirakçılar AzMİU-nun sərgisi ilə xüsusi maraqlanıb, universitetin fakültə və ixtisasları ilə yaxından tanış olub, müxtəlif suallar ünvanlayıblar.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“Education 2018”) ilə tanış olan təhsil naziri Ceyhun Bayramov AzMİU-nun pavilyonuna da baş çəkib, universitetin fəaliyyəti, gələcək planları ilə maraqlanıb.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, gələcək perspektivləri haqqında nazirə məlumatlar veriblər.

Məlumat üçün qeyd edək ki, sərgi oktyabrın 13-dək davam edəcək.

 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-


 AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edib-




İnform.az

Baxış sayı: 31