Elm-təhsil
11.10.2018 / 17:30

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur- FOTO

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-
Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə“Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub.

Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunur.

BDU-nun Mətbuat və informasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Daha sonra nazir Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən Bakı Dövlət Universitetinin stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib.

Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil Sərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə Bakı Dövlət Universiteti “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-


BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-


BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-[/center

[center]BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-


BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur-



İnform.az

Baxış sayı: 29