Sosial
11.10.2018 / 14:49

Bu ərazilərdə ov etmək QADAĞANDIR!

Bu ərazilərdə ov etmək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

Xəzər dənizinin adaları;

yaşıl zonalar;

şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

xüsusi mühafizə olunan ərazilər;

sanitar-mühafizə zonaları.


İnform.az

Baxış sayı: 30