Gündəm, Hüquq
11.10.2018 / 13:00

Dələdüzluq əməllərini sonadək davam etdirə bilmədi

Dələdüzluq əməllərini  sonadək davam etdirə bilmədi
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha 1 qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi də müəyyən edilib.

Mingəçevir ŞPŞ-də araşdıma aparılır.


İnform.az

Baxış sayı: 31