Din
10.10.2018 / 18:30

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib- Lənkəranda(Foto)

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.

Şöbədən İnform.az-a verikən məlumata görə, tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov çıxışında Azərbaycan gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. R.Həmidov keçirilən maarifləndirmə tədbirinin gənclərin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkə gənclərinin Vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu vurğulayıb. “2016-cı ilin aprel döyüşlərində mənfur qonşularımız olan ermənilər üzərində qazandığımız qələbə, tarixi, əzəli torpaqlarımızın bir hissəsinin geri alınması bir daha deməyə əsas verir ki, ölkəmiz güclü orduya, sağlam ruhlu və vətənpərvər əhvali-ruhiyyəli gənclər ordusuna sahibdir”,- deyə Q.Məmmədov bildirib.

Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən Q.Məmmədov qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxışında Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib. E.Fətəliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət gənclər siyasətinin formalaşdırıldığını, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-



İnform.az

Baxış sayı: 135