Hərbi
10.10.2018 / 16:40

1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub- Xızıda(Foto)

1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-
2018-ci il 10 Oktyabr tarixində saat 11:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə yerüstü və 1 000 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub-



İnform.az

Baxış sayı: 28