İqtisadiyyat
10.10.2018 / 17:49

"Azərbaycan kompleksini alan şirkət müflis oldu" - Məsud Pezeşkiyan

"Azərbaycan kompleksini alan şirkət müflis oldu" -
"Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini həddindən artıq ucuz qiymətə alan şirkət müflis olub."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan danışıb.

Deputat kompleksin gizli şəraitdə özəlləşdirilməsinə etiraz edib və maliyyə hesabları ilə bağlı şəffaflığın təmin olunmasını istəyib:

“Muğan Aqrosənaye Kompleksini alan şirkət müflis olduğunu elan edib və vergisini ödəyə bilmir. Bu şirkət kompleksin ərazisini dəyərsiz torpaq qiymətinə alıb. Bu qədər imkana malik olan böyük bir kompleksi belə bir şirkətə necə satmaq olar?!”

O bildirib ki, kimin vergi ödəməyə qadir olub-olmadığı bəlli olmalı, hökumət vergi ödəmək iqtidarında olmayanlara xüsusi yardım göstərməlidir.


İnform.az

Baxış sayı: 31