Baş xəbər, Elm-təhsil
10.10.2018 / 17:17

GDU alimlərinin ixtirası olan iki qurğu beynəlxalq sərgidə nümayiş etdiriləcək

GDU alimlərinin ixtirası olan iki qurğu beynəlxalq sərgidə nümayiş etdiriləcək
Gəncə Dövlət Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən İnform.az-a verilən məlumata görə, sərgi Təhsil nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə universitetin son illərdə elm, təhsil və idman sahəsində qazandığı uğurları, beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq proqramlar – AESOP, PETRA, EQAC, ESFİDİP layihələri nümayiş etdiriləcək.

Sərgidə, həmçinin universitetdaxili startap müsabiqələrində qalib gəlmiş ideyaların prototipləri olan meyvəqurudan qurğu ilə bal arılarını gənələrdən təmizləyən qurğu ilk dəfə sərgi iştirakçılarına təqdim ediləcək.


İnform.az

Baxış sayı: 34