Elm-təhsil
10.10.2018 / 16:20

Batabat Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə dəvət alıb

Batabat Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə dəvət alıb
AMEA Naxçıvan BölməsininBatabat Astrofizika Rəsədxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad MəmmədliGöy mexanikası sahəsindəki nailiyyətlərinə görə Amerika Astronomiya və Astrofizika(AmericanJournal of Astronomy and Astrophysics)jurnalının redaksiya heyətinin üzvü və rəyçisi olmaq üçün dəvət alıb.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, bu barədə orijinal astronomik tədqiqatların nəticələrinin dərc olunduğu və dünyanın bu sahədə nüfuzlu impaktfaktorlu nəşri sayılan jurnalın redaksiya idarəsinin katibiCessiRayt tərəfindən məktub göndərilib.

Məktubda Kral Astronomiya Cəmiyyətinin aylıq jurnalının (MNRAS)növbəti saylarındaAzad Məmmədlinin işıq üzü görən “Ulduz yaxınlaşmaları zamanı planet hərəkətinin dayanıqlığı haqqında” mövzusunda hazırladığı məqalələri Göy mexanikası sahəsində çalışan alim və mütəxəssislər tərəfindən dərin təəssürat yaratdığı bildirilir.

Alimin tədqiqat işinin nəticələri yüksək qiymətləndirilib, nəticələrin aktuallığı, yeniliyi və mümkün tətbiq sahələrin genişliyi nəzərə alınaraq bu istiqamətdə tədqiqat işinin davam edilməsi tövsiyə olunur.

Bildirilir ki, sizin zəngin təcrübəniz redaksiya heyətinin üzvlərindən biri kimi tədqiqat işi ilə əlaqəli sahələrdə elmi tədqiqatların inkişafına töhfə verəcək. Onun mövzuya uyğun yazılan və heç bir yerdə dərc olunmayan yeni məqalələrininjurnala təqdim edilməsi xahiş olunur.

Qeyd edək ki, Azad Məmmədlinin elmi məqalələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.


İnform.az

Baxış sayı: 31