Din
10.10.2018 / 15:15

“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib- İmişlidə(Foto)

 “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib-
Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat verib.

Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. C.Əliyev Prezident İlham Əliyevin Fərmanı ilə Fondun yaradılmasından bir il ötdüyünü qeyd edərək ötən müddət ərzində həyata keçirilmiş işlər haqqında da dinləyiciləri məlumatlandırıb. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən icraçı direktor müavini şəhidliyin xalqımızın milli-mənəvi dəyərlər sistemindəki yeri haqqında da danışıb.

Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki mahiyyəti haqqında məruzə edib. Ekspert dini maarifləndirmə və radikalizmlə mübarizənin əhəmiyyətindən də bəhs edib.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov İslam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı bağlı öz fikirlərini bölüşüb.

Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.

 “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib-


 “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib-


 “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib-


 “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib-



İnform.az

Baxış sayı: 26