Dünya
10.10.2018 / 13:20

İntiharlarla mübarizə naziri təyin edilib- Böyük Britaniyada

İntiharlarla mübarizə naziri təyin edilib-
Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən Jaklin Doyl-Prays intiharları qabaqlama naziri vəzifəsinə təyin olunub.

İnform.az Report-a istinadən xəbər verir ki, “The Quardian” qəzetinin yazdığına görə, bu tədbir cəmiyyətdə bərqərar olunan və insanların bu kimi vəziyyətlərdə yardım istəmələrinə əngəl yaradan stereotipləri aradan qaldırmağa yönəlib.

Daha əvvəl səhiyyə nazirinin müavini və parlamentin deputatı vəzifələrində işləmiş Jaklin Doyl-Prays indi psixi sağlamlığın qorunması, bərabərsizlik, intiharların qabaqlanması naziri vəzifəsini tutur.

Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, ötən il ölkədə 5281 intihar hadisəsi baş verib. 45 yaşınadək kişilər arasında ölüm hadisələri əsasən intiharla baş verir.


İnform.az

Baxış sayı: 38