Baş xəbər, İdman
10.10.2018 / 11:39

Yığmamız Türkiyə ilə birlikdə dünya çempionatına hazırlaşır

Yığmamız Türkiyə ilə birlikdə dünya çempionatına hazırlaşır
Qadın güləşçilərdən ibarət yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.

Oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.


İnform.az

Baxış sayı: 73