Elm-təhsil
10.10.2018 / 11:22

ATMU-nin yeni LAYİHƏSİ(Foto)

ATMU-nin yeni
ATMU tələbələri 2018/2019-cu tədris ilində İsrailin nüfuzlu otellərində peşəkar vərdişlərə yiyələnəcəklər.

09 oktyabr 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) rektoru İlham Mədətov və adıkeçən universitetin nümayəndələri ilə İsrail Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin əməkdaşları arasında görüş keçirilib.

Universitetdə təşkil olunan görüşdə başlıca məqsəd ali təhsil müəssisəsi ilə İsrailin turizm təşkilatları arasında mövcud əlaqələri gücləndirməklə bərabər,inkişafa nail olmaya dair fikir mübadiləsi aparmaq idi.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 2008/2009-cu tədris ilindən indiyədək ATMU tələbələrindən 238nəfəri İsrail Respublikasının müxtəlif şəhərlərində fəaliyyət göstərən nüfuzlu otellərdə və turizm iaşə obyektlərində keçirdikləri istehsalat təcrübəsini uğurla başa vurublar.

Elə bu səbəbdən qarşıdakı tədris ilində dətələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili nəzərdə tutulub.

ATMU-nin yeni



İnform.az

Baxış sayı: 42