Hərbi
10.10.2018 / 11:15

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək
Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.


İnform.az

Baxış sayı: 33