Baş xəbər, Hüquq
10.10.2018 / 10:50

"Ötən gün borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Ötən gün borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınmış, onların da 20-Si “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 31