Türkiyə
10.10.2018 / 10:10

"Ermənistan rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir..."- Binəli Yıldırım

"Ermənistan rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir..."-
"Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır..."

İnform.az
Trend-in məlumatına istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifə məhəl qoymur.


İnform.az

Baxış sayı: 23