Hüquq
10.10.2018 / 09:25

Daha bir ağac kəsən şəxs cərimələnib

Daha bir ağac kəsən şəxs cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsindəyaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti KooperativşirkətininişçisiSamirHacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800manat məbləğində cərimə tətbiq edilib.


İnform.az

Baxış sayı: 18