Dünya
10.10.2018 / 09:05

"Bozqurd" və "Rabia" işarələrinə qadağa

"Bozqurd" və "Rabia" işarələrinə qadağa
Almaniya və Avstrya "Bozqurd" və "Rabia" işarələrinə qadağa qoymağa hazırlaşır.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib. Almaniya Xristiyan Demokrat Birlik (CDU) Partiyasının sözçüsü Kristof de Vries aşırı millətçi bozqurdların və onların istifadə etdikləri simvollların yazaqlanması təklifi ilə çıxış edib. Sol Partiya Federal Məclis Qrup başqanı Sevim Dağdelen də "Almaniyadakı ən böyük aşırı sağcı və Anayasa düşməni təşkilatlarından biri olan bozqurdların işarəsi Hitler salamı ilə üst-üstə düşür, dolayısı ilə dərhal yasaqlanmalıdır", deyə bildirib.

Avstrya Azadlıq Partiyası lideri Heinz Kristian Strache dini simvollara qarşı olmadıqlarını, sadəcə ölkənin dəyərlərinə zidd işarələrin yasaqlanmasını istədiklərini bildirib.

Avstrya Daxili İşlər Nazirliyi PKK, Müsəlman Qardaşları, Həmas, "Bozqurd" və "Rabia" işarələrindən istifadəyə görə 4 min avro cərimə nəzərdə tutulduğunu bəyan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri zamanı "Bozqurd" və "Rabia" işarələrilə qarşılanması yerli mediada müzakirəyə çıxarılıb.


İnform.az

Baxış sayı: 103