Elm-təhsil
09.10.2018 / 13:45

Amerikalı qonaq LDU-da olub- FOTO

Amerikalı qonaq LDU-da olub-
ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində olub.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.

Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib.

Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və tərəflər arasında işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Universitetdə son illərdə gedən təhsil islahatlarından, maddi –texniki bazanın dünya standartlarına uyğun şəkildə yeniləndiyindən söz açan universitet rəsmisi məqsədlərinin müasir tələblərə cavab verən, bazar rəqabətinə davam gətirən kadr hazırlığı olduğunu, LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildiririb, müəllim-tələbə mübadiləsinin səmərəliliyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən amerikalı qonaq LDU ilə tanışlıqdan, burda gördüklərindən məmnun olduğunu bildirib .

Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasını, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən xanım Nensi bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.

Amerikalı qonaq LDU-da təhsil alan tələbələrlə görüşə də vaxt tapıb. Tələbələrlə görüş qarşılıqlı dialoq və disskusiya şəraitində, rəsmilərin iştirakı olmadan keçib.

Görüşdən sonra xanım Nensi Selfrici xoş təəssüratını LDU rəhbərliyi ilə bölüşüb və tələbələrin hazırlıq səviyyəsindən, diskussiya bacarıqlarından razı qaldığını deyib.

Öz növbəsində professor Natiq İbrahimov da amerikalı qonağa LDU-ya gəldiyinə görə minnətdarlığını bildirib,qonağa xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, Monterey və Lənkəran şəhərləri arasında Qardaşlaşmış Münasibətlər haqqında müvafiq razılaşma 2011-ci ilin iyun ayında , Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanıb.

Amerikalı qonaq LDU-da olub-


Amerikalı qonaq LDU-da olub-


Amerikalı qonaq LDU-da olub-


Amerikalı qonaq LDU-da olub-



İnform.az


Baxış sayı: 147