Elm-təhsil
09.10.2018 / 13:25

Əlavə təhsil almaq istəyən ixtisaslı kadrların seçimi başa çatıb- ATMU-da

Əlavə təhsil almaq istəyən ixtisaslı kadrların seçimi başa çatıb-
Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)əlavə təhsil almaq istəyən namizədlər üçün qəbul müsahibəsi keçirilib.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, müsahibəyə qatılıan 12 İddiaçıdan 11nəfəri əsasən Maliyyə, Menecment və Biznesin idarəedilməsi ixtisaslarını seçiblər.

Ali təhsil müəssisəsinin Əlavə təhsil üzrə müsahibə komissiyanın sədri,rektor İlham Mədətov 2018/2019-cu tədris ilində ATMU-da ikinci ixtisas üzrə təhsil almaq üçün sənəd təqdim edənlərin şəxsi işləri ilə yaxından tanış olduğunu deyib.

Ölkəmizin müxtəlif ali məktəblərini uğurla bitirən mütəxəssislərin əlavə bakalavr pilləsində təhsili almaq səbəbindən müsabiqədə iştirakını müsbət dəyərləndirib.

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli diqqətə çatdırıb ki, 2018/2019-cu tədris ilində ATMU-da əlavə təhsil almaq istəyənlərin daha çox olmasına baxmayaraq,iddiaçıların sənədləri müvafiq qanunvericiliyin tələbləriəsasındaqəbul edilib.

Beləliklə,12 nəfər müsahibədə iştirak hüququ qazanıb. Onlardan1 nəfər müsahibəyə gəlməyib.


İnform.az

Baxış sayı: 64