Hüquq
09.10.2018 / 13:20

"Sümüklü balıqların ovu qadağan olunub"- İran rəsmisi

"Sümüklü balıqların ovu qadağan  olunub"-
"İranın şimal vilayətlərində Xəzər dənizindən qeyri-qanuni balıq ovunun başlıca səbəbi işsizlərin sayının çox olmasıdır..."

Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq və Balıq Ovu məsələləri üzrə idarəsinin baş direktoru Muxtar Axundi bildirib.

M.Axundinin sözlərinə görə, qanunsuz balıq ovu ilə məşğul olanlar çaylara doğru köç edən sümüklü balıqlara da rəhm etmirlər: "Araşdırmalar onların bu məsələnin əhəmiyyətini bilmədiyini və öz məişət durumunu təmin etmək üçün balıq ovuna çıxdığını göstərir".

İran rəsmisinin sözlərinə görə, Xəzər dənizinin ehtiyatları passivdir: "Dənizin ehtiyatlarının qorunması üçün İranın bütün aidiyyəti qurumlarının əməkdaşlığına ehtiyac duyulur".

M.Axundi İRNA-ya açıqlamsında deyib ki, Xəzər dənizində qanunsuz balıq ovu həddindən artıqdır: "İranın Balıqçılığın Mühafizəsi Təşkilatının işçiləri də təklikdə qanunsuz balıqçıların öhdəsindən gələ bilmirlər. Xəzər dənizinin kürü balıqlarının qeyri-qanuni ovu sümüklü balıqların ovundan qat-qat artıqdır. Halbuki ötən səkkiz ildə konvensiyaya əsasən, sümüklü balıqların ovu qadağan olunub".


İnform.az

Baxış sayı: 32