İdman
09.10.2018 / 12:23

Səmti müəyyənetmə üzrə ölkə çempionatına yekun vurulub- FOTO

Səmti müəyyənetmə üzrə ölkə çempionatına yekun vurulub-
Oktyabr ayının 6-7-si Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Vergilər Nazirliyinin təşkilati dəstəyi ilə səmti müəyyənetmə idman növü üzrə növbəti açıq ölkə çempionatı keçirilib.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali və orta təhsil müəssisələri daxil olmaqla ümumilikdə 150-ə yaxın idmançı uzun və orta məsafə üzrə mübarizəyə qoşulub.

Gərgin keçən mübarizədə iki günün cəmi üzrə K21 kateqoriyasında Vladislav Tuzov (“Neftçi İK”) bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Neftçi İdman Klubunun digər idmançıları Gennadiy Klim və Maksim Baxoldin isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Elit kateqoriyasında qadınlar arasında isə Müdafiə Nazirliyinin idmançısı Məryəm Ziyadxanova qızıl medala sahib olub. Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva gümüş, Dağçılıq İdman Klubunun idmançısı Olqa Maşkova isə bürünc medal qazanıb.

Elit kateqoriyadan əlavə Junior, Open, M/W35, M/W 50 kateqoriyalar üzrə də qaliblər müəyyən olunub.

Komanda hesabına gəldikdə isə Nefçi İdman klubu yarışın qalibi olaraq kuboku qazanıb. Dağçılıq İdman Klubu 2-ci, Müdafiə Nazirliyinin komandası isə 3-cü olub.

Qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.

Səmti müəyyənetmə üzrə ölkə çempionatına yekun vurulub-


Səmti müəyyənetmə üzrə ölkə çempionatına yekun vurulub-


Səmti müəyyənetmə üzrə ölkə çempionatına yekun vurulub-



İnform.az

Baxış sayı: 36