İdman
08.10.2018 / 18:30

Musa Mirzəyev dünya çempionu oldu

Musa Mirzəyev dünya çempionu oldu
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, sərbəst güləşçilərin yarışında B qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) A qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) D qrupunda ikinci yeri tutub.


İnform.az

Baxış sayı: 21