Mədəniyyət
05.10.2018 / 08:00

XİN-in mətbuat xidmətinin yeni rəhbəri LEYLA ABDULLAYEVA

XİN-in mətbuat xidmətinin yeni rəhbəri
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.

İnform.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.


İnform.az



Baxış sayı: 28