Hadisə
08.10.2018 / 13:00

Lənkərandan Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum olub

Lənkərandan Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum olub
Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmin şəxslər - 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır.

Yaralıların vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonunda Lənkərandan Bakıya gələn sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb.


İnform.az

Baxış sayı: 107