Türk dünyası
08.10.2018 / 11:14

"Bu məsələ hazırda şəxsən mənim nəzarətimdədir"- Ərdoğan

"Bu məsələ hazırda şəxsən mənim  nəzarətimdədir"-
Türkiyə kəşfiyyatı səudiyyəli jurnalist Camal Xaşkacinin itməsi məsələsini aydınlaşdırır.

İnform.az
Trend-in məlumatına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bu məsələnin hazırda şəxsən nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.


İnform.az

Baxış sayı: 173